RU

Qazaxıstan Prezidenti: Serbiyanı çox mühüm strateji tərəfdaş hesab edirik

Astana, 27 fevral, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Serbiya Prezidenti Aleksandr Vuçiç ilə təkbətək formatda danışıqlar aparıb.

AZƏRTAC-ın Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Tokayev ölkəsinin Serbiyanı Avropada çox mühüm strateji tərəfdaş hesab etdiyini bildirib.

O, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafını, Astana ilə Belqrad arasında birbaşa aviareysin açılmasını və Qazaxıstanda 60-dan çox Serbiya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.

Vuçiç, öz növbəsində, ikitərəfli münasibətlərin strateji xarakterinə əminliyini bildirib, həmçinin süni intellekt, informasiya texnologiyaları və enerji sahələrində əməkdaşlığın perspektivlərini qeyd edib. Serbiya lideri Qazaxıstan Prezidentini öz ölkəsinə səfərə dəvət edib.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
8
1
azertag.az

2Источники