ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“Bir müğənni efirə çıxır, bilmirsən bunun mimikasına, jestlərinə baxasan, yoxsa bayağı səsinə.
Üzündə elə yazıq ifadə görünür ki, deyirsən bu dəqiqə intihar edəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Hikmət Məmmədov deyib.
Deputat qeyd edib ki, bu məsələlər nəzarətdə olmalıdır:
“Bu mədəniyyətə kim nəzarət edəcək? Efirdə oxuyur kameraya da barmaq sirkələyirlər.
Bilmirsən kimi hədələyirlər, müğənnidirlər, bokçudurlar. Buna da bir nəzarət olmalıdır, bu da bir mədəniyyətdir. Təkcə qanunla mədəniyyətimizdə baş verən bu deqradasiyalardan xilas ola bilməyəcəyik”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.