RU

"Mədəniyyət milli kimlikdir, əyləncə deyil" - Elçin Mirzəbəyli

"Müzakirəyə çıxarılan dəyişiklik başda terminoloji xarakter daşısa da, əslində mədəniyyət siyasətinin fəlsəfəsini yeniləyən, onun müasir sosial-iqtisadi inkişaf modelinə inteqrasiyasına zəmin yaradan strateji addımdır. Baxımdan da, qanunda yer alan "mədəniyyət sənayesi" anlayışının "mədəni və yaradıcı sənaye" anlayışı ilə əvəz edilməsi, həmçinin bu anlayışa hüquqi tərif verilməsi təməl bir yenilikdir".

Redaktor.az xəbər verir ki, bu fikiləri deputat Elçin Mirzəbəyli “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, bizim dilimizdə mədəni-maarif və digər oxşar anlayışlar var ki, istifadə olunur və işləklik baxımından hər hansı problem yaratmır:

"Ümumilikdə yanaşma tamamilə doğrudur. Bu yanaşma mədəniyyəti bir yaradıcılıq sahəsi, eyni zamanda iqtisadi münasibətlər sisteminin tərkib hissəsi və innovativ intellektual kapitalın mənbəyinə çevirir. Dəyişiklik mədəniyyətin subsidiyalar gözləyən sahədən dəyər yaradan sahəyə keçidinə imkan yaradır. Layihə ilə bağlı araşdırmada da qeyd olunur ki, bu baxış artıq strateji əhəmiyyətə malik sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasında əksini tapıb. Təklif olunan əlavə və dəyişikliklər konseptual şəkildə mövcud strateji baxışı normativ-hüquqi səviyyəyə keçirir. Qanundan “əyləncə sənayesi” ifadəsinin çıxarılması da təsadüfi deyil və mədəniyyətimizin gələcəyinə milli, strateji və konseptual yanaşmanı ifadə edir. Mədəniyyət ilk növbədə milli kimlik, iqtisadi resurs və intellektual kapitaldır, əyləncə deyil. Bu yanaşma mədəniyyətin statusunu daha da yüksəldir və onu strateji inkişaf kimi təsbit edir. 

Yaradıcı sənaye anlayışının qanunda təsbit olunması dövlət proqramlarının icrasında subyektiv boşluqları aradan qaldıracaq, investorlar üçün aydın çərçivə yaradacaq və hüquqi müəyyənlik prinsiplərini gücləndirəcək. Ölkəmizdə mədəniyyət sahəsi yalnız bir qanunla tənzimlənmir: mədəniyyət haqqında, kinosənaye haqqında, muzeylər haqqında, nəşriyyat işi, teatr və teatr fəaliyyəti, Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi və s. qanunlar mövcuddur. Lakin rəssamlıq, heykəltəraşlıq, bəstəkarlıq, ədəbi fəaliyyət və digər sahələr üzrə ayrıca qanunvericilik yoxdur. Bu sahələr müasir dövrdə mədəni və yaradıcı sənaye anlayışına daha çox uyğun gəlir və dəyər yaradan sahələr hesab olunur".

Nuriyyə NATİQQIZI

Избранный
7
redaktor.az

1Источники