RU

Eskişehirdə “Şeir və ağıtlarda Xocalı” anım proqramı keçirildi

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

34 il əvvəl Xocalıda həyatını itirən soyqırımı qurbanlarını anmaq məqsədilə təşkil olunan “Şeir və Ağıtlarda Xocalı” proqramı Eskişehirdə keçirildi. Geniş iştirakla baş tutan proqramda duyğulu anlar yaşandı.

Proqram başda Xocalı şəhidləri olmaqla, bütün Türk dünyası şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Türkiyə Respublikasının İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Açılış nitqini söyləmək üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev kürsüyə dəvət olundu. Hacıyev çıxışında Xocalıda yaşanan faciənin unudulmamalı olduğunu bildirərək, tarixi yaddaşın qorunmasının vacibliyini vurğuladı.

Proqram çərçivəsində Eskişehir Azərbaycanlılar Dərnəyinin Gənclər Qollarının Media Komandası tərəfindən hazırlanmış videoçarx nümayiş olundu.

Günün məna və əhəmiyyəti ilə bağlı çıxış edən Dərnək sədrinin müavini Sirac Yaquboğlu Xocalıda baş verənlərin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq ağrısı olduğunu ifadə etdi.

Tədbirdə azərbaycanlı gənclər səhnəyə çıxaraq Xocalı şəhidlərinin xatirəsinə şeirlər və ağıtlar səsləndirdilər. İştirakçılar zaman-zaman duyğulu anlar yaşadılar.

Proqramın bağlanış nitqini edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, uzman əczaçı Cavid Aydın Xocalıda yaşananların gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkdi.

Proqram şəhidlərin ruhuna edilən dua ilə başa çatdı.

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
icma.az

1Источники