RU

Deputat qrant hesabına film çəkənlərdən danışdı

“Azərbaycanda “Məhsəti” filmi çəkildi, özü də bunu ictimai vəsait hesabına etmişdilər.

Amma o filmin yayımı qadağan edildi. Bəs bunun hesabatını kim verəcək?”

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev “Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, qrant hesabına çəkilən filmlərə görə ssenari yazanlar, filmi çəkənlər öz əmlakları ilə məsuliyyət daşımalıdır:

“Məsuliyyət olmadığı üçün bu cür problemlər olur. Filmi çəkirlər, sonra məlum olur ki, bu heç kimə lazım deyil, heç bunu yayımlamaq da olmaz”.

Избранный
33
cebheinfo.az

1Источники