RU

Pakistan Əfqanıstana zərbələr endirib - Şiddətli döyüş əməliyyatları

Pakistan Əfqanıstanda Taliban hökumətinə qarşı "açıq müharibə"nin başlandığını elan edib.

Far.Az xəbər verir ki, dünən sərhəddə son illərin ən genişmiqyaslı döyüş əməliyyatları baş verib.

Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın şərq vilayətlərində Talibanın obyektlərinə zərbələr endirib. Sursat anbarları, təlim düşərgələri və logistika məntəqələrinin vurulduğu bildirilir. 30-dan çox texnika məhv edilib.

Pakistanın Müdafiə Nazirliyi bəyan edib ki, zərbələr yalnız terror infrastrukturlarına yönəlib. Lakin Kabildə yaşayış məhəllələri və kəndlərin zərər gördüyü iddia olunur.

Qeyd edək ki, cümə gecəsi Əfqanıstan hərbçiləri iki ölkə arasında mübahisəli sərhəd boyunca genişmiqyaslı əməliyyatın başladığını elan ediblər. 15-dən çox Pakistan postunun ələ keçirildiyi bildirilir.

Quru döyüşləri Əfqanıstanın altı sərhədyanı vilayətini və Pakistanın bir neçə bölgəsini əhatə edib. Pakistan tərəfi Əfqanıstan qüvvələrinin əsas idarəetmə və təchizat mərkəzlərinin məhv edildiyini açıqlayıb və əməliyyatı Əfqanıstan ərazisindən edilən hücumlara cavab adlandırıb.

Pakistan mediası 130 əfqan hərbçisinin öldüyünü, 200-dən çox şəxsin yaralandığını yazır. Əfqanıstan tərəfi isə bu məlumatları "informasiya müharibəsi" adlandırıb və əsas itkilərin Pakistan tərəfdə olduğunu bildirib.

Избранный
14
far.az

1Источники