Bu film çəkiləndə kimə tapşırıldığı aydınlaşdırılmışdımı ki, bu adam bu filmi çəkməyə layiqdir? Qanunvericilikdə bu məsələlərə baxılmalıdır. Həmçinin bu hallarda həmin vəsaitin ayrılmasına görə məsuliyyəti daşıyan şəxslər öz əmlakları ilə məsuliyyət daşımalıdır. Yoxsa vəsaiti ayır, sonra aydın olsun ki, ortaya qoyulan iş heç nəyə yaramır. Həmin şəxslər birbaşa məsuliyyət daşımalıdır".
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymuşdu. Filmin rejissor və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31