RU

Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı tarixi ədalətin təntənəsidir – Deputat

Bakı. Trend:

Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə birabidənin istifadəyə verilməsi deyil, həm də tarixi ədalətintəntənəsidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

Millət vəkilinin sözlərinə görə, iki il əvvəl təməli qoyulan vəbu gün Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqınınyaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzidir. O qeyd edib ki,1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı bəşəriyyətəqarşı törədilmiş ağır cinayətdir və bu qətliamın məsuliyyətibirbaşa Ermənistan dövlətinin üzərinə düşür:

“Həmin gecə yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, qocalaramansızcasına qətlə yetirilib, onlarla insan itkin düşüb vəişğaldan sonra onların bir qisminin qalıqları aşkar edilərəktorpağa tapşırılıb”.

Afət Həsənova vurğulayıb ki, Xocalı həqiqətlərinin beynəlxalqictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan dövləti vəvətəndaş cəmiyyəti institutları uzun illər sistemli fəaliyyətgöstərib.

Deputat bildirib ki, beynəlxalq müstəvidə ədalətə nail olmaqasan olmayıb:

“Uzun illər ərzində ikili standartlar və siyasi maraqlarsəbəbindən Xocalı faciəsinə lazımi hüquqi-siyasi qiymət verilməyib.Lakin Azərbaycan xalqı və dövləti geri çəkilməyərək addım-addımhaqq mübarizəsini davam etdirdi. 44 günlük Vətən müharibəsindəqazanılan qələbə, ardınca ərazi bütövlüyünün tam bərpası vəmüharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətintəmin olunmasının real təzahürü idi”.

Millət vəkili qeyd edib ki, Azərbaycan həm döyüş meydanındaqələbə qazanan, həm də öz ərazi bütövlüyünü tam bərpa edən nadirdövlətlərdəndir:

“İşğal dövründə müxtəlif təzyiq və təhdidlərə baxmayaraq,dövlətimizin qəti mövqeyi dəyişməyib. Azərbaycan heç vaxt işğallabarışmayacağını açıq şəkildə bəyan edirdi və nəticədə 44 günərzində düşmən kapitulyasiyaya məcbur edildi. 2023-cü ildə həyatakeçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isəölkənin suverenliyi tam təmin edildi, qanunsuz silahlı birləşmələrtərksilah olundu”.

A.Həsənova vurğulayıb ki, Xocalıda Memorial Kompleksin məhz azadolunmuş torpaqlarda açılması xüsusi məna daşıyır:

“Bu, xalqımızın inamının, səbrinin və qələbə əzminin simvoludur.Uzun illər doğma yurd-yuvasından didərgin düşən xocalılılar buağrını ləyaqətlə daşıyaraq dövlətə və orduya güvəniblər və bu günhəmin inam öz bəhrəsini verib”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan Ordusu hər zamanbeynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət edib,mülki əhaliyə qarşı heç vaxt məqsədli hücumlar həyatakeçirməyib:

“Bu yanaşma xalqımızın mənəvi üstünlüyünü daha da gücləndirib vəbeynəlxalq aləmdə ölkəmizə olan hörməti və etimadı artırıb.

Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Şəhidlərimizinxatirəsi daim qəlbimizdə yaşayacaq. Dövlətimizin gücü və xalqımızınbirliyi sayəsində belə faciələrin bir daha təkrarlanmasına imkanverilməyəcək”.

Məqalədə:
Избранный
13
az.trend.az

1Источники