RU

Nazir: Azərbaycan və Türkiyə kimi tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi Gürcüstan üçün çox vacibdir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 27 fevral, AZƏRTAC

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (BTC) və Cənubi Qafqaz Qaz Boru Kəməri layihələri enerji sektorunda əməkdaşlığın əhəmiyyətini daha da artıran flaqman layihələrdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri VII Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirikaşvili deyib.

“Enerji əməkdaşlığı regional tərəfdaşlığımızın digər əsas sütunlarından biridir və ölkələrimiz arasında münasibətlərin ən vacib istiqamətlərindən biri olaraq qalır. İllər ərzində regional enerji təhlükəsizliyini gücləndirən və regionumuzla Avropa bazarları arasında əlaqəni dərinləşdirən neft və qaz boru kəmərləri layihələrini birgə həyata keçirmişik”,- deyə M.Kvirikaşvili qeyd edib.

Nazir çıxışında “Yaşıl Enerji Dəhlizi” və “Qara Dəniz Sualtı Kabel Layihəsi” kimi qarşıdan gələn flaqman enerji bağlantısı layihələrini də vurğulayıb.

Onun sözlərinə görə, bu layihələr Gürcüstanı və Cənubi Qafqaz ölkələrini Aİ elektrik enerji bazarına bağlayacaq, regionun və Aİ-nin enerji təhlükəsizliyini daha da gücləndirəcək.

“Bu layihələrin hər biri regional kontekstdə nəzərdən keçirilir və əminik ki, onların inkişafı bütün regionun iqtisadi cəlbediciliyinin artmasına töhfə verəcək. Bu baxımdan, Azərbaycan və Türkiyə kimi tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi çox vacibdir. İnanıram ki, hökumətlərimizin səyləri və ortaq strateji məqsədlər bizneslər arasında sıx əməkdaşlıq və özəl sektorun həlledici rol oynadığı iddialı, innovativ təşəbbüslərin inkişafı yolu ilə daha da inkişaf etdiriləcək”, - deyə iqtisadiyyat naziri bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
2
azertag.az

3Источники