RU

Azərbaycan millisinin basketbolçusu: İrlandiya ilə oyun bizim üçün çox ciddi sınaqdır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 fevral, Cavid Əliyev, AZƏRTAC

İrlandiya yığmasına qalib gəlmək üçün şansımız var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin basketbolçusu Elşad Şirzadov Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində İrlandiya yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, qələbə üçün əllərindən gələni edəcəklərini bildirib: "Hər şey öz əlimizdədir. Bütün oyunçular meydandan yalnız qələbə ilə ayrılmağı düşünməlidir. Bu matç bizim üçün çox ciddi sınaqdır. Yalnız qələbə haqqında düşünürük".

Yığma üzvü rəqibin heyətinə iki yeni oyunçu cəlb olunduğunu söyləyib: "Amma bu bizim üçün elə də fərq etmir. Öz oyun planımız var. Bunu meydanda reallaşdırıb, uğurlu nəticə əldə etmək istəyirik".

Qeyd edək ki, Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunacaq İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
2
azertag.az

3Источники