RU

Putin xüsusi hərbi əməliyyatın iştirakçıları ilə bağlı tapşırıqlar verib

Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatın iştirakçılarının pilotsuz texnologiyaların inkişafı, istehsalı, istismarı və texniki xidmətində daha fəal iştirakına göstəriş verib.

Herbiand.az bildirir ki, bu, Kremlin saytında dərc olunmuş avtonom sistemlərin inkişafı ilə bağlı iclasdan sonra verilən təlimatlar siyahısında qeyd olunub.

Bu tapşırıq Rusiya hökumətinə xüsusi hərbi əməliyyatın iştirakçılarını dəstəkləyən “Vətən Müdafiəçiləri” dövlət fondu ilə birlikdə, Müdafiə Nazirliyi və Prezident Aparatının iştirakı ilə həvalə edilib. Baş nazir Mixail Mişustin və müdafiə nazirinin müavini Anna Tsivileva məsul şəxslər təyin ediliblər. Putin işin nəticələri barədə ilk hesabatın aprelin sonuna qədər, sonrakı hesabatların isə hər altı aydan bir veriləcəyini gözləyir.

Bundan əlavə, prezident pilotsuz sistemlərin sertifikatlaşdırılması üçün tədqiqat mərkəzlərinin və sınaq sahələrinin yaradılmasını da tapşırıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
3
herbiand.az

1Источники