RU

Mafioz qardaşların başına 10 milyon dollar mükafat ayrılıb

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Meksikada narkotik ticarəti ilə məşğul olan Sinaloa mafiyasının iki liderinin tutulmasına görə ümumilikdə 10 milyon dollar mükafat elan edib.

Reyting.az xəbər verir ki, ABŞ Dövlət Departamenti dünyanın ən güclü və amansız narkotik qaçaqmalçılığı şəbəkələrindən biri hesab edilən kartelin liderləri olduğu iddia olunan “La Rana” ləqəbli Rene Arzate-Qarsiya və onun qardaşı “Aquiles” ləqəbli Alfonso Arzate-Qarsiyanın tutulmasına və ya məhkum edilməsinə səbəb olacaq məlumatlara görə hər biri üçün 5 milyon dollar mükafat təklif edildiyini açıqlayıb.

Rəsmi açıqlamada bildirilir: “Tijuana bölgəsində Sinaloa şəbəkəsinin liderləri olduğu deyilən “La Rana” ləqəbli Rene Arzate-Qarsiya və onun qardaşı “Aquiles” ləqəbli Alfonso Arzate-Qarsiyanın hər birinin tutulmasına və ya məhkum edilməsinə gətirib çıxaracaq məlumatlara görə 5 milyon dollara qədər mükafat təklif olunur”.

Narkotiklərlə Mübarizə Administrasiyasının (DEA) məlumatına əsasən, Arzate-Qarsiya qardaşları son 15 il ərzində kartelin tərkibində ABŞ-Meksika sərhədində yerləşən və Kaliforniyaya əsas keçid sayılan Tijuana bölgəsinə birgə nəzarət ediblər.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
reyting.az

1Источники