RU

Goranboyun icra başçısı vətəndaşları qəbul etdi FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib, onların problem və müraciətləri dinlənildi.

"Unikal" xəbər verir ki, qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, icra başçısı tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.

Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
unikal.az

1Источники