RU

“Yuventus” Spaletti ilə bağlı qərarını verib

“Yuventus”un baş məşqçisi Lusiano Spaletti klubla yeni müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, Turin klubunun rəhbərliyini komandadan Çempionlar Liqasının pley-off mərhələsində çıxışının dayandırılması qorxutmur. Tərəflər artıq 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilənin əsas şərtləri üzrə prinsipial razılığa gəliblər.

66 yaşlı mütəxəssisə həmçinin iki adları açıqlanmayan xarici klub maraq göstərsə də, gözlənilir ki, Spaletti yaxın həftələrdə “Yuventus”la müqaviləyə imza atacaq.

Qeyd edək ki, Lusiano Spaletti Turin klubunu ötən ilin oktyabr ayının sonunda çalışdırmağa başlayıb. Hazırki müqaviləsi mövsümün sonunda başa çatır.

Избранный
13
90deqiqe.az

1Источники