RU

Pul verməyən müştərini videoya çəkib biabır etmək olar?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında yaşanan insident sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Sürücü sərnişinin gediş haqqını ödəmədiyini iddia edərək həmin anları videoya çəkib paylaşsa da, görüntülərin konteksti və təqdimat forması ciddi hüquqi suallar doğurub.Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, heç kəs heç kəsin şəxsi həyatını ictimailəşdirib yaymaq və ya təhqir etmək hüququna malik deyil."Əgər taksi sürücüsü qarşısında təhqir və ya hörmətsizlik kimi hallar baş verirsə, onun hüquqi müdafiə imkanları mövcuddur. Belə hallarda sürücü həm polisə şikayət verə, həm də məhkəməyə müraciət edərək hüquqlarını qorumaq hüququna malikdir. Əgər qadının kimliyi məlum deyilsə, sürücü özünü qorumaq və hadisəni sübut etmək məqsədilə hadisə zamanı şəkil çəkə, videolar və digər mövcud sübutları toplaya bilər. Eyni zamanda, əgər hər hansı şəxs başqasını təhqir edir, böhtan atır və ya şantaj məqsədilə onun haqqında şəkillər və məlumatlar yayırsa, bu şəxslər də qanun qarşısında məsuliyyət daşıyır. Böhtan, şantaj və təhqir kimi hərəkətlər ciddi hüquqi nəticələrə səbəb ola bilər və qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülür".Hüquqşünasın sözlərinə görə, qadının kimliyi məlum olmadığı halda sürücü hadisəni sübuta yetirmək üçün foto və video çəkə bilər. Lakin bu materialların şantaj, böhtan və ya təhqir məqsədilə yayılması ciddi məsuliyyət yaradır. Qanunvericilik bu cür əməllərə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur.Hadisə zamanı tərəflərdən birinin digərini əsassız yerə ittiham etməsi şərəf və ləyaqətin qorunması məsələsini gündəmə gətirir. Belə hallarda zərərçəkən tərəf yayılan saxta məlumatlara və görüntülərə görə hüquqi addımlar ataraq təzminat tələb edə bilər. Bu cür münaqişələrin sosial şəbəkələrdə deyil, hüquqi müstəvidə həlli hər iki tərəfin maraqlarına uyğundur.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
demokrat.az

1Источники