RU

Süni intellekt təhsildə nə möcüzə, nə də təhlükədir Şura katibi

ain.az, 525.az portalına istinadən məlumat verir.

“Bu gün kontekstdə əsas məsələ süni intellekti qadağan etmək yox, onu düzgün çərçivəyə salmaqdır. Bir çox ölkələrdə şagirdlərə süni intellektdən necə istifadə etməli olduqları öyrədilir – cavabı əvəz etmək üçün deyil, düşüncə prosesini dəstəkləmək, alternativ baxışlar görmək və öz səhvlərini analiz etmək üçün. Müəllimlər üçün isə aydın metodiki yanaşmalar formalaşdırılır ki, texnologiya pedaqoji məqsədləri kölgədə qoymasın”.

Bunu 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib. O hesab edir ki, süni intellekt təhsildə nə möcüzə, nə də təhlükədir. O, mövcud təhsil sisteminin güclü və zəif tərəflərini daha aydın göstərən güzgüdür. Əgər məqsəd düşünən, məsuliyyət daşıyan, tənqidi baxışı olan və dəyərlərlə formalaşmış insan yetişdirməkdirsə, süni intellekt bu məqsədə xidmət edən güclü vasitəyə çevrilə bilər:

“Əgər əsas hədəf yalnız formal nəticə və göstəricilərdirsə, o zaman risklər üstünlük qazanacaq. Təhsildə süni intellektin taleyini müəyyən edən əsas amil texnologiyanın özü deyil, ona hansı pedaqoji və insani məna yüklənməsidir”. 

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
525.az

1Источники