Məşhur yazıçı və dramaturq Reşat Nuri Güntekinin bir zamanlar yaşadığı malikanə baxımsız vəziyyətdədir.
Far.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd edilib ki, yazıçının villası baxımsızlıqdan çürüyür.
O da bildirilib ki, Reşat Nuri Güntekin "Yaprak Dökümü", "Dudaktan Kalbe", "Çalıkuşu" və "Acımak" kimi sevilən əsərləri orada yazıb.
Reşat Nuri Güntekinin sözügedən evinin görüntülərini təqdim edirik: