RU

Azərbaycan cüdoçuları Özbəkistanda mübarizəyə başlayırlar

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayırlar.
 
Moderator.az xəbər verir ki, ilk yarış günündə dörd çəki dərəcəsində yeddi idmançımız tatamiyə çıxacaq.
 
60 kq çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda Samariddin Kuçkarovla (Özbəkistan), Balabəy Ağayev onun həmyerlisi Baxrom Boturovla güləşəcək.
 
66 kq-da Nizami İmranov bu raundda Minhao Canqla (Çin), Turan Bayramov isə Matan Kokolayevlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.
 
48 kq çəki dərəcəsində Könül Əliyeva 1/16 finalda özbək Sevinç Muradovanın, Şəfəq Həmidova çinli Venna Cuanqın müqavimətini qırmağa çalışacaq. Leyla Əliyeva (52 kq) isə bu mərhələdə Rusiya təmsilçisi Liliya Nuqayeva ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.
 
Избранный
1
5
moderator.az

6Источники