RU

Çubays özünü Putinə müxalif elan edib Sanksiyalardan qurtulmaq üçün

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vladimir Putinin ən yaxın “silahdaşları”ndan biri olmuş, hətta onun hakimiyyətə gətirilməsində rol oynamış Anatoli Çubays özünü bugünkü Putin hakimiyyətinə müxalif elan edib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, hazırda İsraildə yaşayan “Rosnano” şirkətinin keçmiş rəhbəri Anatoli Çubays Kanada Federal Məhkəməsinə iddia qaldırıb. İddiasında Kanada Xarici İşlər Nazirliyindən ona qarşı sanksiyaları ləğv etməsini tələb edib. Bunu da onunla əsaslandırıb ki, Rusiyanın indiki hakimiyyətinə qarşı müxalif mövqedədir və onun adının sanksiyalara məruz qalan məmurların siyahısına salınması haqsızlıqdır.

Xatırladaq ki, Kanada ötən ilin iyun ayında Çubaysa qarşı sanksiyalar tətbiq edib, o da sentyabr ayında həmin qərardan apellyasiya şikayəti verib. Qaydalara əsasən, nazirlik 90 gün ərzində cavab verməli idi, lakin artıq 162 gün keçsə də, cavab yoxdur.

İddia ərizəsində Çubaysın adının Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) siyahısına salınmasının onun barəsində sanksiya qərarı çıxarılmasında əsas gətirilməsi doğru sayılmır.

Sənəddə Çubaysın tərcümeyi-halı təsvir olunur və qeyd edilir ki, guya o, hələ “SVO” başlamazdan əvvəl "Rusiya Prezidenti Vladimir Putinə qarşı tarixi müxalifətdə" olub. Çubays münaqişəyə qarşı olduğunu və məhz buna görə Rusiyanı tərk etdiyini bildirib. Buna görə də, sanksiyalar üçün heç bir əsas olmadığını iddia edib.

Həmçinin xatırladıb ki, Rusiya Federasiyası tərəfindən "Rusnano"nun keçmiş rəhbəri kimi 12 milyard rubl məbləğində yeyinti iddiasıyla məhkəməyə verilib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
azpolitika.info

1Источники