RU

Sosial media fenomeni Enes Baturun narkotik testinin nəticələri açıqlandı

Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində ötən həftə ifadə verən məşhur türkiyəli sosial media fenomeni Enes Baturun narkotik testinin nəticələri məlum olub və ictimaiyyətlə paylaşılıb.

Bu barədə News365.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir.

Məlumata görə, Enes Baturun narkotik testi müsbət çıxıb, onun saç nümunəsindən götürülən analizlərdə marixuana (kannabis) maddəsi aşkarlanıb.

Xatırladaq ki, daha əvvəl İstanbul Anadolu Baş Prokurorluğunın koordinasiyasında aparılan narkotik istintaqı çərçivəsində İstanbul, Ankara, Muğla və Yalova bölgələrində eyni vaxtda əməliyyatlar həyata keçirilib, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turqut Ekim, Barbaros Dikmen, Yaren Alaca və Nisa Bölükbaşı da daxil olmaqla, ümumilikdə 11 şübhəli saxlanılıb. Barəsində saxlanılma qərarı çıxarılan Enes Batur İstanbul Hava Limanında nəzarətə alınmışdı.

Prokurorluğa ifadə verdikdən sonra Enes Batur ölkə xaricinə çıxış qadağası şəklində məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmışdı.

Избранный
10
news365.az

1Источники