Ukrayna lideri Volodimir Zelenski yaxşı ata olmadığını etiraf edib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə “Sky News”a verdiyi müsahibədə deyib.
"Münaqişə başlayandan bəri uşaqlarıma ayırmaq üçün vaxtım yoxdur. Ona görə də, mən ən yaxşı ata deyiləm", - deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynadakı hərbi münaqişə onun şəxsi həyatına da mənfi təsir göstərib.