RU

Azərbaycan "yaşıl" maliyyələşmədə fəallığını artırır - CAREC

Bakı. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC)ölkələrində “yaşıl” maliyyələşmə sürətlənir və bu sahədəAzərbaycanda da fəallıq müşahidə olunur.

Trend bu barədə“CAREC İnstitute” hesabatına istinadən xəbər verir.

Hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycan UNIBANKvasitəsilə 11,8 milyon ABŞ dolları məbləğində “yaşıl” istiqrazburaxmaqla bazara daxil olub.

“CAREC Institute”un məlumatına görə, “yaşıl” maliyyələşməsahəsində lider ölkələr Qazaxıstan və Özbəkistandır.

“İnkişaf etməkdə olan iqtisadiyyata malik CAREC proqramıiştirakçıları - o cümlədən Qazaxıstan, Özbəkistan, Azərbaycan vədigərləri - son onilliklər ərzində nisbətən sabit ÜDM artımınümayiş etdiriblər. Lakin fosil yanacaqlardan yüksək asılılıq,enerji sistemlərinin aşağı səmərəliliyi və köhnəlmiş sənayeinfrastrukturu iqtisadiyyatın yüksək karbon tutumlu olmasına səbəbolur: ÜDM vahidinə düşən CO₂ emissiyaları dünyada ən yüksəkgöstəricilər sırasındadır”,- deyə hesabatda qeyd olunur.

CAREC ölkələrinin bir çoxu, xüsusilə Qazaxıstan, Türkmənistan,Özbəkistan və Azərbaycan fosil yanacaqların hasilatı və ixracındanciddi dərəcədə asılıdır.

“Fosil yanacaqların iri ixracatçısı kimi Azərbaycaniqtisadiyyatın karbonsuzlaşdırılması sahəsində ciddi çağırışlarlaüzləşir. “Yaşıl” maliyyələşmə günəş və külək enerjisinin inkişafınıdəstəkləmək məqsədi daşıyır. 2022-ci ildə ölkədə beynəlxalq iqlimmaliyyələşməsinin dəstəyi ilə Masdar şirkəti ilə dövlət-özəltərəfdaşlıq çərçivəsində gücü 230 MVt olan günəş enerjisilayihəsinə start verilib”,- hesabatda qeyd olunur.

Hesabatda həmçinin “yaşıl” infrastrukturun inkişafındadövlət-özəl tərəfdaşlıqların əhəmiyyəti vurğulanır: “Özbəkistan vəAzərbaycandakı uğurlu nümunələr göstərir ki, şəffaf tenderprosesləri, risklərin azaldılması alətləri və beynəlxalq dəstək‘təmiz’ enerji və dayanıqlı nəqliyyatın inkişafına özəlinvestisiyaların cəlb olunmasına imkan yaradır”.

Məqalədə:
Избранный
33
1
az.trend.az

2Источники