
"İnstagram" gənc istifadəçilərin intihar və ya özünə zərər vermə ilə bağlı məzmunu təkrar - təkrar axtardığı hallarda valideynləri xəbərdar edəcək.
Missiya.Az xəbər verir ki, yeni funksiya yaxın həftələrdə Avstraliya, Kanada, Birləşmiş Krallıq və ABŞ-də tətbiq olunacaq və yenilik "valideyn monitorinqi" alətindən istifadə edən ailələri əhatə edəcək.
Şirkət bildirir ki, gənclərin əksəriyyəti bu tip məzmunu axtarmır. Təkrarlanan axtarışlar aşkar edilərsə, valideynlərə mütəxəssis məsləhətləri təqdim olunacaq. Şirkətin mətbuat katibi Sofi Vogel əlavə edib ki, süni intellektlə aparılan intihar və özünə zərər mövzusunda dialoqlar da valideynlərə bildiriləcək.
Bu addım, Meta və digər sosial media nəhənglərinə qarşı gənc istifadəçilərdə asılılıq yaratmaq iddialarının fonunda həyata keçirilir. Şirkət əvvəllər də gənclərin hesab və məzmunlara çıxışını məhdudlaşdıran təhlükəsizlik tədbirləri görüb.
Seyranə QuliyevaMissiya.Az