RU

ABŞ bu şəxslərin başına 10 milyon dollar qoydu

ABŞ, Meksikanın "Sinaloa" narkokartelinin liderləri arasında yer alan Arzate-Qarsia və Alfonso Arzate-Qarsia qardaşların başına ümumilikdə 10 milyon dollar mükafat qoyub.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti dünyanın ən amansız narkotik qaçaqmalçılığı şəbəkələrindən biri olan “Sinaloa” kartelinin aparıcı fiqurlarından olan Rene Arzate-Qarsia və Alfonso Arzate-Qarsia qardaşların hər birinin başına 5 milyon dollar mükafat təyin edildiyini açıqlayıb.

Departament tərəfindən yayımlanan bəyanatda belə deyilir:

““Sinaloa” kartelinin Tijuana bölgəsi üzrə rəhbərləri olduğu bildirilən "La Rana" ləqəbli Rene Arzate-Qarsia və qardaşı "Aquiles" ləqəbli Alfonso Arzate-Qarsianın hər birinin tutulması ilə bağlı məlumat verən şəxsə 5 milyon dollar mükafat veriləcək”.

Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin məlumatına görə, Arzate-Qarsia qardaşları son 15 ildə “Sinaloa” karteli daxilində ABŞ-Meksika sərhədində yerləşən və Kaliforniyaya açılan qapı kimi tanınan Tijuana bölgəsinə birlikdə nəzarət edirlər.

ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, davam edən qarşıdurmalara baxmayaraq bu kritik qaçaqmalçılıq dəhlizini idarə etməyə davam edən qardaşlar, Tramp administrasiyası tərəfindən kütləvi qırğın silahı kimi xarakterizə edilən ölümcül və qanunsuz fentanil maddəsinin ABŞ-yə göndərilməsi də daxil olmaqla, kartelin fəaliyyətinin davam etdirilməsində əsas fiqurlardır:

“Tramp administrasiyası ötən il “Sinaloa” narkokartelin həm xarici terrorçu təşkilatlar (FTO) və ya xüsusi olaraq müəyyən edilmiş qlobal terrorçular (SDGT) siyahısına daxil edib”.

Избранный
17
cebheinfo.az

1Источники