RU

"Böyük Dəbilqə"də Azərbaycan finalı baş tutacaq

Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" yarışının final mərhələsində Azərbaycan idmançıları bir-birinə rəqib olublar.

News365.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan təmsilçilərimiz Balabəy Ağayev və Əhməd Yusifov həlledici görüşə vəsiqə qazanıblar.

Milli komandamızın hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsi və qızıl medal uğrunda mübarizədə qarşılaşacaqlar.

Digər idmançılarımızdan Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), eləcə də qadın cüdoçulardan Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) çıxışlarını medalsız başa vurublar. 48 kiloqram çəki dərəcəsində yarışan Şəfəq Həmidova isə təsəlliverici görüşdə şansını yoxlayacaq.

Xatırladaq ki, Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə mart ayının 1-də yekun vurulacaq.

Избранный
12
5
news365.az

6Источники