Bakı, 27 fevral, AZƏRTAC
Ali təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri və özəl sektor arasında əməkdaşlığın yetərli səviyyədə olmaması elmi-tədqiqat nəticələrinin real iqtisadi dəyərə çevrilməsinə (kommersiyalaşdırma) mane olur. Həmçinin yerli innovativ məhsulların daxili bazara (xüsusilə dövlət satınalmalarına) çıxışı məhduddur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda texnoloji innovasiyaların dəyər zəncirində (ideya - tədqiqat – prototip - kommersiyalaşdırma - bazar) əsas boşluqlar və problemlərlə bağlı müddəalarda əksini tapıb. Qeyd olunub ki, süni intellekt kimi qabaqcıl texnologiyaların inkişafı üçün zəruri olan yüksək hesablama güclərinin çatışmazlığı tədqiqat və prototip mərhələlərində ciddi əngəl yaradır.
Xatırladaq ki, Fəaliyyət Planı Azərbaycan Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilib.