RU

"Qəbələ"nin kapitanı: "İndiki mövqeyimiz bizi razı sala bilməz" - MÜSAHİBƏ

"Qəbələ"nin kapitanı Murad Musayev Sportal.az saytına müsahibə verib.

- "Qəbələ" 14-cü turdan təxirə salınmış görüşdə "Turan Tovuz"a 0:3 uduzdu. Məğlubiyyətin əsas səbəbi yorğunçuluq idi, yoxsa şanssızlıq? 

- Bizim üçün gözlənilməz oyun oldu. Düzü, belə uduzacağımızı heç düşünmürdük. Deyiləsi çox şey də yoxdur. Sadəcə pis oynadıq və acı məğlubiyyətlə üzləşdik. Halbuki normal hazırlaşmışdıq və uğurlu nəticə haqda düşünürdük. Amma uduzduq. Hər halda, bu görüş geridə qaldı. İndi növbəti oyuna fokuslanmışıq. 

- Son matçlarda uğurlu çıxış edirdiz, çox yaxşı performans göstərirdiniz. Bu görüşdə nə baş verdi ki, istədiyinizi edə bilmədiniz? 

- Bu matçda istədiyimiz heç nə alınmadı. Belə məğlubiyyəti gözləmirdik. Uğurlu nəticəyə inanırdıq. Bilmirəm, nədənsə alınmadı heç.

- "Qəbələ" hazırda 15 xalla 10-cu pillədə qərarlaşıb.  İndiki durum sizi nə dərəcədə ərazə salır? I Liqaya düşmək təhlükəsini hiss edirsiz, yoxsa səncə bu təhlükə sizdən uzaqdır? 

- Əlbəttə, indiki mövqeyimiz bizi razı sala bilməz. Daha yuxarı pillələrdə ola bilərik. Buna gücümüz çatar, potensialımız da var. Çalışacağıq ki, daha yuxarı pillələrəyə qalxaq. Əlimizdən gələni edəcəyik.

- Növbəti turda "Qəbələ" "Karvan-Yevlax"la qarşılaşacaq. Rəqibiniz uğursuz çıxış edən və turnir cədvəlində sonuncu pillədə qərarlaşan komandadır. Yəqin ki, üç xalı qazanmaq çətin olmayacaq?

- Bizi çətin və ağır oyun gözləyir. "Turan Tovuz"la matçdan sonra elə "Karvan-Yevlax"la görüşə hazırlaşırıq. İstəyimiz qələbə qazanmaqdır. Mütləq qalibiyyət lazımdır. Hazırlaşırıq da, qələbə qazanmalıyıq. Necə olacağını matç göstərəcək.

- "Qəbələ" həm Premyer Liqada qalmaq uğrunda oynayır, həm də kubokda iddialıdır. "Sabah"la ilk oyunda 0:0 oynadınız, cavab görüşündə bu səddi keçə bilərsiniz. Səncə, "Sabah" səddini keçmək mümkün olacaq?

- Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Amma kubokda da mübarizə aparırıqsa, oyunlara uğurlu nəticə üçün çıxacağıq. Kubokda da bacardığımız qədər irəli getmək istəyirik. Çətin oyun olacağı isə dəqiqdir. "Sabah"a qarşı kubok görüşü də çətin olacaq. Allah qoysa, mövsümün sonunda hər şey istədiyimiz kimi olar. Biz əlimizdən gələni edirik və edəcəyik, necə olacağını isə sonda görəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
12
sportal.az

1Источники