RU

Bu il Xocavənddə 792 ev təmir ediləcək

2026-cı ildəXocavənddə daha 792 ev təmir ediləcək. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib. 

O bildirib ki, qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır.

2025-ci ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 194 nəfər, Qırmızı Bazar qəsəbəsinə 604 nəfər, Sos kəndinə 360 nəfər, Hadrut qəsəbəsinə 233 nəfər, Xocavənd kəndinə isə 94 nəfər olmaqla, ümumilikdə 1485 nəfərin - 355 ailənin qayıdışı təmin edilib.

Xocavəndin ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. 

Aytac

 

 

Избранный
22
3
anews.az

9Источники