RU

Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə danışdı

Meyxanaçı Vahid Qədimin Rusiya-Ukrayna müharibəsində itkin düşməsi barədə məlumat yayılıb.

Kulis.az xəbər verir ki, Lent.az məsələ ilə bağlı onun yaxını olan meyxanaçı Ağamirzə ilə əlaqə saxlayıb.

O bildirib ki, Vahid Qədim salamatdır:

“Vahid Qədimin Rusiyadakı dostu ilə əlaqə saxladım. Bu gecə danışıblar. Heç bir problem yoxdur”.

Ağamirzə həmçinin qeyd edib ki, Vahid Qədimin Rusiya-Ukrayna müharibəsinə qatılması haqqında yayılan xəbərlər də yalandır.

Xatırladaq ki, Rusiyada yaşayan meyxanaçının bir müddət əvvəl sevgilisini öldürməsi ilə bağlı iddialar yayılmışdı.

O, sevgilisinin intihar etdiyini və hadisə zamanı orada olmadığını bildirmişdi.

Qeyd edək ki, Vahid Qədim Azərbaycanda 2015-ci ildən axtarışdadır.

Избранный
28
kulis.az

1Источники