RU

SOCAR və “Masdar” Azərbaycanda reallaşdırılan “yaşıl enerji” layihələrini müzakirə ediblər

Bakı. Trend:

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentiRövşən Nəcəf “Masdar” şirkətinin baş icraçı direktoru MəhəmmədCəmil əl-Ramahi ilə görüşüb.

Trend bubarədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüşdə SOCAR ilə “Masdar” şirkəti arasında bərpaolunan enerji mənbələrinin inkişafı üzrə uğurlu əməkdaşlıqdanməmnunluq ifadə olunub. Bu xüsusda, şirkətlərin birgə iştirakı iləAzərbaycanda reallaşdırılan külək və günəş elektrik stansiyalarılayihələri üzrə görülən işlər nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər ədalətli enerji keçidi və dekarbonizasiyasahəsində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə dəqarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, buistiqamətlərdə dialoqun davam etdirilməsinin əhəmiyyətinivurğulayıblar.

Məqalədə:
Избранный
15
az.trend.az

1Источники