RU

"Mənə efir qadağası qoyulmayıb, birinci gün Zaurun verilişindəyəm"

Bu gün mətbuatda Azərbaycanda 30-a yaxın müğənniyə efir qadağası qoyulması ilə bağlı xəbərlər yayılıb. Onların içərisində daim maraqlı çıxışları ilə gündəmə gələn müğənni Ofelya Şabanovanın da adı çəkilib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ofelya Şabanova "Sitat.info"ya danışıb.

Bildirib ki, ona heç bir efir qadağası qoyulmayıb:

"Mənim efirə çıxmağımla bağlı hər hansı qadağa yoxdur. Dişlərimi müalicə edirəm, implant əməliyyatı keçirmişəm. Bir neçə gün özümü qorumalı idim. Heç bir qadağadan söhbət gedə bilməz.

Избранный
2
5
publika.az

10Источники