RU

Nağıyev: Azərbaycanda turizmin ÜDM-də payı 2025-də ilk dəfə 5,3%-ə yüksəlib

2021–2025-ci illərdə post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində ÜDM istehsalı hər il orta hesabla 24,5% artaraq 3,6 milyard manata çatıb. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, bu göstərici COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23,2% çoxdur.

İlkin nəticələrə əsasən, turizm sahəsində yaradılan cəmi əlavə dəyər 2025-ci ildə 6,9 milyard manat təşkil edib. Nəticədə, turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3%-ə yüksəlib.

Nağıyev əlavə edib ki, sürətli artım bu sahədə yeni iş yerlərinin yaradılmasını da stimullaşdırıb.

Gülnar Nazimqızı 

Избранный
11
anews.az

1Источники