Bakı, 27 fevral, AZƏRTAC
Ali, peşə və ümumi təhsil pillələrində İKT, süni intellekt və informasiya təhlükəsizliyi sahələri ilə əlaqəli ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması, habelə sənaye ehtiyaclarına cavab verən beynəlxalq sertifikasiya proqramlarının tədris prosesinə inteqrasiyası nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planı Azərbaycan Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilib.