RU

Efir qadağası qoyulduğu iddia olunan İbrahim Borçalı: “Adımı paxıllıqla siyahıya yazıblar” - ÖZƏL

Müğənni İbrahim Borçalı haqqında efir qadağası qoyulması ilə bağlı iddiaya cavab verib.

Bu barədə ifaçı Bizim.Media-ya danışıb.

İ. Borçalı bu xəbərin yalan olduğunu bildirib:
 

“Biz əlaqə saxladıq, kimsə səhvliklə, ya da paxıllıqla adımı yazıb. Bizim onlara aidiyyatımız yoxdur. Ya bilə-bilə, ya da paxıllıqla ediblər. Biz 25 ildir efirdə öz adımızı, mədəniyyətimizi qoruya-qoruya gəlmişik”.


Qeyd edək ki, Manset.az saytı efir qadağası qoyulduğu iddia olunan müğənnilərlə bağlı siyahı yayımlayıb.

Sara, Bizim.Media

Избранный
2
2
bizim.media

10Источники