RU

ABŞ Çinlə mübarizənin yeni yolunu tapdı: Görün nə yaradırlar

ABŞ Müdafiə Nazirliyi Çinlə bağlı kəşfiyyat məlumatları toplamaq üçün süni intellekt yaradacaq.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Bildirilib ki, Pentaqon Çinin infrastrukturu haqqında avtomatik olaraq kəşfiyyat məlumatları toplamaq və elektron sistemlərindəki zəiflikləri tapmaq üçün yeni süni intellekt əsaslı alətlər yaratmaq niyyətindədir.

Nəşrə görə, tərəfdaşlıq müqavilələri ilə bağlı bir neçə aparıcı süni intellekt şirkəti ilə müzakirələr artıq aparılıb. Hazırlanan kiber alətlərin təkcə Çində deyil, digər potensial rəqiblərdə də elektrik şəbəkələrində, kommunal xidmətlərdə və həssas şəbəkələrdə avtomatik olaraq kəşfiyyat aparması gözlənilir.

Избранный
7
4
publika.az

5Источники