RU

Əhalinin NƏZƏRİNƏ: 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər – Bu HALDA

Ölkədə 1, 3 və 5 qəpik nominalında olan metal pul vahidlərinin gündəlik istifadəsi demək olar ki, minimuma enib. Bu qəpiklər əsasən iri marketlərdə alış-veriş zamanı qalıq pul kimi qaytarılır, lakin bir çox vətəndaş həmin məbləği götürməyə belə ehtiyac duymur. İctimai nəqliyyatda istifadə olunan BakıKart sistemində də bu qəpiklərdən yararlanmaq mümkün deyil. Hazırda 3 və 5 qəpiyə əsasən yalnız polietilen torba almaq mümkündür, 1 qəpiklə isə satışda faktiki olaraq heç bir məhsul yoxdur. Bəs əhali tərəfindən demək olar işlədilməyən bu pul vahidləri niyə dövriyyədən çıxarılmır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qəpiklərin dövriyyədən çıxarılması yalnız onların tam istifadəsiz qalması halında mümkündür.

DİQQƏT:

Onun sözlərinə görə, hər bir valyutanın xırda nominal pulları olmalıdır:

“İstənilən halda qiymətlər mövcuddursa, mağazanın borcudur ki, qalıq məbləği dəqiq şəkildə qaytarsın. Kimsə həmin qəpiyi qəbul etmirsə, bu artıq şəxsi seçimdir. Amma istifadə edənlər olduğu müddətdə pul vahidi dövriyyədə qalmalıdır”.

Ekspert qeyd edib ki, son illər nağdsız ödənişlərin artması xırda qəpiklərə ehtiyacı azaldıb.

“Buna baxmayaraq, tam imtina üçün hüquqi və iqtisadi əsasların formalaşması vacibdir. Gələcəkdə bu nominal pulların dövriyyədən çıxarılması mümkündür, lakin hazırda onlardan istifadə edənlər olduğu üçün belə qərarın verilməsi real görünmür”.

Müşviq Tofqioğlu
KONKRET.az

Избранный
35
1
konkret.az

2Источники