Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən Serbiya xüsusi təyinatlı qüvvələrinin təliminə kömək istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Vuçiç Tokayevlə görüşü zamanı açıqlayıb.
Serbiya lideri Astanada birgə mətbuat konfransında Qazaxıstanın xüsusi təyinatlı qüvvələrinin təlimini yüksək qiymətləndirib və təcrübə mübadiləsində maraqlı olduğunu bildirib: "İstəyirəm ki, bizi bir konkret sahədə - xüsusi təyinatlı qüvvələr məsələsində öyrədəsiniz. Qazaxıstanın dünyanın ən yaxşısı olduğunu gördüm. Bu, o qədər avtomatlaşdırma səviyyəsidir ki, bizə öyrətməyinizi istərdim".
Ağarza Elçinoğlu