RU

"Kəpəz" Premyer Liqanın XXII turunda "Sumqayıt"a böyük hesabla qalib gəlib

"Kəpəz" Misli Premyer Liqasının XXII turunda "Sumqayıt"ı məğlub edib.

"Report" xəbər verir ki, Yevlax şəhər stadionunda gerçəkləşən qarşılaşma Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları 2-ci dəqiqədə Ryonosuke Ohori, 19 və 40-cı (p) dəqiqələrdə isə Luis Paçu vurublar.

"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 62-ci dəqiqədə Nikola Ninkoviç ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

"Kəpəz" 16 xalla turnir cədvəlində 10-cu sıraya yüksəlib. "Sumqayıt" isə 31 xalla altıncıdır.

Tura martın 1-də yekun vurulacaq.

Избранный
10
far.az

1Источники