RU

AMB: İnvestorların hüquqları daha etibarlı qorunacaq

Azərbaycanda kredit reytinq agentliklərinin yaradılması kapital bazarlarının inkişafına və investor hüquqlarının daha etibarlı qorunmasına töhfə verəcək.

Bubu "Far.Az"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva bildirib.

Onun sözlərinə görə, yeni mexanizmin tətbiqi ilə kapital bazarlarının dərinləşməsi, investisiya mühitində şəffaflığın artması və investorların hüquqlarının daha güclü şəkildə qorunması təmin ediləcək.

"Bu təşəbbüs çərçivəsində AMB kredit risklərinin qiymətləndirilməsini institusional mərhələyə keçirir. Bu isə risklərin vahid və standart metodologiya əsasında ölçülməsinə, kredit qərarlarında obyektivliyin artmasına və maliyyə sektorunda dayanıqlığın güclənməsinə xidmət edəcək", - deyə şöbə rəisi qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Избранный
12
1
far.az

2Источники