Sumqayıt şəhərində avtobus dayanacağında yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub.
Şikayətçilərin məlumatına əsasən, xüsusilə soyuq hava şəraitində bu vəziyyət onlara ciddi çətinlik yaradır.
"Bu dayanacaq sərnişinlər üçündür. Havaların da soyuq olduğunu nəzərə alsaq, bu vəziyyət bizə ikiqat çətindir. Bura niyə bağlanıb, icarəyə verilərkən kimdən icazə alınıb?", - deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin qısa zamanda aradan qaldırılmasını tələb edirlər.