RU

İqtisadi Şuranın növbəti iclası keçirilib

Bakı. Trend:

27 fevral tarixində Azərbaycan Respublikası İqtisadi Şurasınınsədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranınnövbəti iclası keçirilib.

Trend bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Bildirilib ki, iclasın gündəliyində Azərbaycan RespublikasıPrezidentinin 30 may 2025-ci il tarixli Sərəncamındakıtapşırıqlardan irəli gələrək “Azərbaycan Respublikasının2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nınlayihəsi və əsas hədəflərin müzakirəsi, “Azərbaycan Respublikasınınişğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II DövlətProqramı”nın layihəsi, eləcə də 2025-ci ildə iqtisadi artım, onunəsas amilləri və fəaliyyət sahələrində mövcud vəziyyət, 2025-ciilin yekunları üzrə makroiqtisadi və maliyyə sabitliyi sahəsindəvəziyyət və siyasət istiqamətləri, habelə digər cari məsələlərətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Baş nazirin müavinləri SamirŞərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarovvə Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər. İclasda təqdimolunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən rəy vətəkliflər bildirilib.

İclasın yekununda “Azərbaycan Respublikasının 2027–2030-cuillərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və digərməsələlər barədə müvafiq tapşırıqlar verilib.

Избранный
4
20
az.trend.az

10Источники