RU

Xocalı Soyqırımı Memorialı xalqın əyilməz iradəsinin və ədalətin təntənəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Tarixi Zəfərimizdən ötən 5 ilin uğurları 1993-cü ildə ÜmummilliLider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışından sonra bu günümüz və gələcəyimiz üçün yaradılan möhkəmtəməlin təqdimatıdır. Son 22 ildən artıq dövrdə Prezident İlhamƏliyev Azərbaycanın inkişaf modelinə yeniliklər, müasir dövrünçağırışlarına uyğun əlavələr etməklə, təkmil islahatlar həyatakeçirməklə, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olmasınıtəmin etmək üçün bir-birindən önəmli addımlar atmaqlauğurlarımızın, Zəfərlərimizin miqyasını genişləndirdi,hədəfdən-hədəfə doğru irəliləməyə geniş imkanlar yaratdı. Bu günAzərbaycanın özünün ədaləti təmin, BMT Təhlükəsizlik Şurasınınqətnamələrini təkbaşına icra etməsindən qürurla bəhs ediriksə, bu,dövlətimizin düşünülmüş siyasətinin, hədəflərə doğru ardıcıllıqlairəliləməsinin nəticəsidir. Fevralın 25-də Prezident İlham Əliyev,birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı vəXocavənd rayonlarına səfər etdilər. Xocalı rayonunun Xanabadkəndində görülən işlərlə tanış oldular, Xocalı şəhərində XocalıSoyqırımı Memorialının açılışında iştirak etdilər. Dövlət başçısıİlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri iləgöründəki çıxışında bir daha diqqəti tarixi Zəfərimizə qədərkidövrün reallıqlarına, ərazi bütövlüyümüzün təmin edilməsi üçüngörülən hazırlıq işlərinə yönəltdi. Hazırlıq dövrünün çox çəkdiyinivə bunun təbii olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladıki, çünki güc yığmalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidətəsdiqləməli, Ermənistan dövlətinin hərbi cinayətləri haqqındaməlumatı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik vəçatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlarməcburiyyət qarşısında ədalətli mövqeyimizi dəstəkləyən qərar vəqətnamələr qəbul etmişdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsininhəllinin hüquqi əsasını təşkil etmişdi. Biz bir çox ölkələrlə sıxikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıqmünasibətləri qurduq. Heç kimdən asılı olmayan güclü iqtisadiyyatqurduq. Həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldəedilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Hər gün, həray Qələbəyə doğru addımlayırdıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, 44 günlük İkinci Qarabağmüharibəsi Azərbaycanın gücünün, qüdrətinin, 30 il dünyadangözlədiyi və ən yüksək tribunalardan bəyan etdiyi ədaləti vəbeynəlxalq hüququ özünün bərpa etməsinin təqdimatı oldu. Ədalət,beynəlxalq hüquq mənfumlarını yox qəbul edən, sadəcə sözdə buanlayışlardan bəhs edən bəzi dünya güclərinə çatdırıldı ki, buprinsiplər mövcuddur, sadəcə onların tətbiqi üçün vahid mexanizmlazımdır. İkili standarlara uyğun siyasətin aparıldığı dünyadaədalətdən, beynəlxalq hüquqdan danışmaq mümkün deyil. Bunun üçünədalətsizliyə uğrayan dövlət özü səylər göstərməli, real faktlara,tarixi həqiqətlərə söykənən təbliğatını gücləndirməli, üzləşdiyitəzyiqlərə baxmayaraq bir addım belə geri çəkilməməlidir.Azərbaycan qətiyyətli mövqeyi, böyük səyləri ilə bunu dünyaya sübutetdi və hədəfə nail oldu. Prezident İlham Əliyevin sözügedənçıxışında vurğuladığı kimi, cəmi 44 gündə düşməni məğlubiyyətəuğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və bizmüharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərirki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxtXocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azadedilməmişdi. Ancaq bilirdim və Azərbaycan xalqı bilirdi ki, o günuzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterrorəməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi,işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuzməskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslimoldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş sonmismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi. Bu gün buMemorial Kompleksin məhz Xocalıda açılışı ədalətintəntənəsidir.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev çıxışındaədalətə doğru atılan addımların ardıcıllığını da diqqətə çatdırdı.20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım,Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım, Xocalı şəhərininiki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biriidi. Axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıdakeçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əliAzərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısındacavab verməli oldular. Bu, ədalətin tam təntənəsidir. Dünyada nadirhalda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləqqələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hərqarış torpağı azad edərək özü təmin etsin və müharibəcinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik -Azərbaycan dövləti. Əyilməz iradəmiz bunu təmin etdi.

Milli Məclisin deputatı bildirib ki, indi isə azad edilmiştorpaqlarımız quruculuq dövrünü yaşayır. Tarixi Zəfərimizdən ötəndövrdə Qarabağımızda, Şərqi Zəngəzurumuzda bərpa-quruculuq işlərigeniş miqyası ilə diqqətdədir. Böyük Qayıdış Proqramı uğurla icraedilir. Proqramın birinci mərhələsi bu ilin sonunda baş çatır.Qürurvericidir ki, cari ilin iki ayında iki şəhərimiz sakinlərinəqovuşub. Yanvarın 21-də Xankəndi, fevralın 20-də isə Xocavəndşəhəri ilk sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev,birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavəndrayonuna səfər çərçivəsində Xocavənd kəndində və şəhərində görülənişlərlə tanış oldular, sakinlərlə görüşdülər. Prezident İlhamƏliyevin azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisəkimi dəyərləndirilir, Böyük Qayıdış Proqramının uğurlu icrasınıntəqdimatıdır. Dövlətimizin başçısı Xocavənd sakinləri iləsöhbətində bildirdi ki, on minlərlə Azərbaycan vətəndaşı artıq azadedilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxınıkeçmiş köçkünlərdir. Əsas odur ki, insanlar artıq burada rahatyaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına beləfəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıqolmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq.Necə ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülhiçində yaşayacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin hər bir çıxışı dünənimizə, bu günümüzəbaxış əsasında gələcəyimizə yönələn mühüm çağırışlarla zəngindir.Bu çağırışlarda, həmçinin Azərbaycanın uğurlarını, müstəqilsiyasətini, hazırkı mərhələdə Tarixi Zəfərimizin vəsuverenliyimizin bərpasının yaratdığı reallıqları həzm edə bilməyəndairələrə də ünvanlanan mesajlar xüsusi yer alır. Xocalı rayonictimaiyyətinin nümayəndələri ilə görüşü də bu baxımdan xüsusidiqqətdə oldu. Çıxışında “Biz bu Memorial Kompleksin açılışındaiştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti oqədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı birtəxribat törətmək gəlməsin” söyləyən Prezident İlham Əliyevbildirdi ki, artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bugün dövlətimiz güclü, özünü müdafiə etməyə qadir olan dövlətdir.Son 80 il ərzində dünyada bizim qədər tam və mütləq qələbə qazanmışikinci dövlət olmamışdır. Bu gün biz sülh içində yaşayırıq və bununtəminatçısı Azərbaycan dövlətidir, siyasətimizdir: “Mən hələ Vətənmüharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistandövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq,biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq vəaparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülkiəhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızıdaha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, ocümlədən məhz buna görədir. O vaxt mən demişdim ki, biz qisasımızıdöyüş meydanında alacağıq, aldıq da.”

Избранный
9
6
az.trend.az

7Источники