Misli Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün Yevlaxda "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Öncə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Məncə, oyun maraqlı alındı. Meydanda istədiyimizi edə bildik. Uşaqları təbrik edirəm.
"Sabah"la oyundan sonra futbolçuların üzərlərində məsuliyyət hiss etdikləri, səylə çalışdıqları hiss olundu. Özünəinam və məsuliyyət vacib şərtdir".
Toğrul