RU

Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmunvə təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncamimzalayıb.

Trend xəbərverir ki, Sərəncamda qeyd olunub:

Azərbaycan Respublikasında informasiya-kommunikasiyatexnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniştətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemindəəhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Sosial münasibətlərinsürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlikhəyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələrvasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakınınmiqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcudvəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışlarıbaxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarınınaraşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqlarınrəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixolojirifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqimüdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur.Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının,ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindənqorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosialşəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçünrisklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi vətəhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərintətbiqinin geniş vüsət alması müşahidə olunur.

Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemlihüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxilitəhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrlərivasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdətəhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanıtəhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şəraityaradır.

Uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsindəbalanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosialşəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi,onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcırəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə qəraraalınıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə vətəşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarınıcəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkəərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun vətəsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyatzamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqiaktların layihələrini üç ay müddətində hazırlayıb AzərbaycanRespublikasının Prezidentinə təqdim etməlidir.

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrindəmobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyənedilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təminetməlidir.

Məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsilproqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarınarəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayndavranış mövzularının daxil edilməsi, eyni zamanda mediadavalideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirməproqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlərgörməlidir.

Sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadəzamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlımütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədənuşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasınıntəşviq edilməsi məqsədilə tədbirlər görməlidir.

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Избранный
15
12
az.trend.az

10Источники