Mütəxəssislər diş fırçasının hər 3–4 aydan bir dəyişdirilməsini tövsiyə edirlər. Lakin istifadə müddəti bitən fırçanı dərhal tullamaq əvəzinə, onu evdə müxtəlif işlər üçün dəyərləndirmək mümkündür.
Pravda.az bildirir ki, köhnə diş fırçaları xüsusilə dar, əlçatmaz və incə təmizləmə tələb edən sahələr üçün olduqca praktik hesab olunur. İncə və sıx tükləri səbəbindən bir çox səthin dərinliyinə qədər təmizləmə imkanı yaradır.
Haralarda istifadə etmək olar?
Klaviatura və digər elektron avadanlıqların aralarını təmizləmək
Kafel və plitə aralarındakı çirkləri çıxarmaq
Su kranı və lavabo kənarlarını parıldatmaq
Ayaqqabı altı və tikiş yerlərini təmizləmək
Mətbəx və hamam otağındakı xırda detalların yuyulması
Mütəxəssislər bildirirlər ki, köhnə diş fırçası ilə təmizlik edərkən onu əvvəlcədən dezinfeksiya etmək məsləhətdir. Bu həm gigiyena baxımından təhlükəsizliyi təmin edir, həm də fırçanın daha effektiv istifadəsinə kömək edir.
Əminə Bayramova