RU

Prezidentin səfir təyin etdiyi Cavidan Hüseynov KİMDİR?

Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağılıb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə C.Hüseynov Azərbaycanın Bəhreyndəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Yeni Sabah” yeni səfirlə bağlı məlumatları təqdim edir:

Cavidan Rizvan oğlu Hüseynov 1972-ci il aprelin 1-də Bakıda anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə Hüquq elmi namizədi adını qazanıb. 

Cavidan Rizvan oğlu Hüseynov 1 aprel 1972-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almış, 2007-ci ildə isə hüquq elmləri namizədi elmi dərəcəsini qazanıb.

1994–1996-cı illərdə Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsində referent vəzifəsi ilə başlayıb. Diplomatik karyerasını XİN-in Konsulluq İdarəsində davam etdirən C.Hüseynov, 1999–2000-ci illərdə attaşe, 2000–2003-cü illərdə üçüncü katib, 2003–2004-cü illərdə isə ikinci katib vəzifələrində çalışıb.

2004–2006-cı illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində şöbə müdiri vəzifəsini icra edib. Daha sonra, 2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində şöbə müdiri və birinci katib vəzifəsinə təyin olunub. Həmin ilin sonundan etibarən fəaliyyətini yenidən Bakıda, XİN-in Konsulluq İdarəsində müşavir (2006–2010) və idarə rəisinin müavini (2010–2018) kimi davam etdirib.

2018-ci ildə ona "İkinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi" diplomatik rütbəsi verilib. Həmin ildən etibarən Cavidan Hüseynov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu vəzifəsində çalışıb.

Ailəlidir, üç övladı var.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
20
9
yenisabah.az

10Источники