RU

Pakistan ordusu Əfqanıstanda yalnız hərbi obyektləri hədəfə alır - Müdafiə Nazirliyi

Bakı. Trend:

Pakistan ordusu Əfqanıstanın istisnasız şəkildə yalnız hərbiobyektlərinə zərbələr endirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrininİctimaiyətlə Əlaqələr İdarəsinin direktoru Əhməd Çaudhri keçirdiyimətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Pakistan hərbçiləri Əfqanıstanın Qəndahar,Kabil, Paktiya, Nəngərhar, Host və Paktika əyalətlərində hədəfolara 22 obyekt müəyyənləşdirib.

“Həmin bütün hərbi hədəflər kəşfiyyat məlumatları əsasındaolduqca diqqətlə seçilib. Mülki əhaliyə ziyanın dəyməməsi üçünbütün ehtiyat tədbirləri görülüb”, -deyə Çaudhri bildirib.

Qeyd edək ki, fevralın 26-sı axşam saatlarındaPakistan–Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib. KabilPakistanın Əfqanıstan ərazisinə endirdiyi son aviazərbələrə cavabolaraq hərbi əməliyyat həyata keçirdiyini bildirib. İslamabadda isəPakistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində 274-dənçox əfqan hərbçinin həlak olduğu və təxminən 115 vahid hərbitexnikanın məhv edildiyi açıqlanıb.

Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-si səhər saatlarındaəməliyyatın başa çatdığını elan edərək 55 pakistanlı hərbçininöldürüldüyünü, 2 hərbi bazanın və 19 sərhəd postunun ələkeçirildiyini bildirib.

Məqalədə:
Избранный
11
1
az.trend.az

2Источники