RU

Kəlbəcərdə yeni turizm zonası yaradılacaq

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə xüsusi turizm zonalarınınyaradılması, xüsusilə Kəlbəcərdə turizm zonasının yaradılması iləbağlı sənədlər Prezident Adminsitrasiyasına təqdim olunub.

Trend xəbərverir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini AzadəHüseynova Milli Məclisin Əmək və sosial siyasət komitəsində“Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri”mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Sədr müavini vurğulayıb ki, həmçinin, Laçın və digər ərazilərdədə qiymətləndirmələr aparılır.

“Sanatoriyaların, eləcə də müalicə mərkəzlərininsertifikatlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciətolunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılmasıüçün konsepsiya sənədləri hazırlanıb”, - deyə o əlavə edib.

O bildirib ki, Xocavəndin Tuğ kəndində qastroturizm inkişafı iləbağlı layihələr hazırlanır:

“Orada kulinariya mərkəzinin yaradılması nəzərdə tutulur.Qastroturizm ilə bağlı əsas hədəflərimizdən biri də ölkəninmətbəxinin tanııdılmasıdır. Çünki Azərbaycanın regionda xüsusi edənelementlərdən biri də ölkəmizin zəngin mətbəxidir. Bunun üçün birneçə istiqamətlərdə işlər görürük. Xüsusilə də qastronomiyanınölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün qastronomiyaixtisasının açılması üçün Elm və Təhsil Nazirliyi ilə işgörülür”.

Избранный
10
8
az.trend.az

9Источники