RU

Bakı, Sumqayıt və Qaxda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Bakı. Trend:

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,Sumqayıt şəhərləri və Qax rayonu ərazisində yaşıllıqların qanunsuzkəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindənməlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonuKazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonuŞərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonuBiləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədirayonu Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonuBakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol,Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, dənizkənarıbulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospektiilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonu Zərnəkəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyənedilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Məqalədə:
Избранный
57
2
az.trend.az

10Источники