RU

"Böyük Dəbilqə"nin finalında Azərbaycan iki medal qazandı

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib.

"Cebheinfo.az" xəbər verir ki, idmançı karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Digər cüdoçumuz Balabəy Ağayev isə turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.

14:33

Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" yarışının final mərhələsində Azərbaycan idmançıları bir-birinə rəqib olublar.

"Cebheinfo.az" xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan təmsilçilərimiz Balabəy Ağayev və Əhməd Yusifov həlledici görüşə vəsiqə qazanıblar.

Milli komandamızın hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsi və qızıl medal uğrunda mübarizədə qarşılaşacaqlar.

Digər idmançılarımızdan Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), eləcə də qadın cüdoçulardan Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) çıxışlarını medalsız başa vurublar. 48 kiloqram çəki dərəcəsində yarışan Şəfəq Həmidova isə təsəlliverici görüşdə şansını yoxlayacaq.

Xatırladaq ki, Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə mart ayının 1-də yekun vurulacaq.

13:02

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayırlar.

"Cebheinfo.az" xəbər verir ki, ilk yarış günündə dörd çəki dərəcəsində yeddi idmançımız tatamiyə çıxacaq.

60 kq çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda Samariddin Kuçkarovla (Özbəkistan), Balabəy Ağayev onun həmyerlisi Baxrom Boturovla güləşəcək.

66 kq-da Nizami İmranov bu raundda Minhao Canqla (Çin), Turan Bayramov isə Matan Kokolayevlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

48 kq çəki dərəcəsində Könül Əliyeva 1/16 finalda özbək Sevinç Muradovanın, Şəfəq Həmidova çinli Venna Cuanqın müqavimətini qırmağa çalışacaq. Leyla Əliyeva (52 kq) isə bu mərhələdə Rusiya təmsilçisi Liliya Nuqayeva ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.

"Cebheinfo.az"

Избранный
1
5
cebheinfo.az

6Источники